Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hidrogen yanacağı ilə işləyən ilk hibrid tramvay istehsal edilib


Çində hidrogen yanacağı ilə işləyən dünyanın ilk müasir kommersiya hibrid tramvayı istehsal olunub.  

“ICTnews” Elektron Xəbər Xidməti "Belta” resursuna istinadən yazır ki, yeni tramvay ətraf mühiti çirkləndirmir, səs-küyü azdır, bərpa olunan enerji mənbələrindən istifadə edir, eləcə də yüksək effektivliyə və digər müasir üstünlüklərə malikdir.

Tramvayda maksimum enerji tutumlu batareyadan istifadə edilir. Bundan başqa, nəqliyyat vasitəsinin döşəmə hissəsi bütünlüklə aşağıda yerləşdirilib ki, bu da sərnişinlər üçün minəndə və düşəndə əlavə rahatlıq yaradır. Asanlıqla idarə olunan tramvayın salonunda yerlərin sayı müştərilərin sifarişinə görə dəyişə bilər.  

Nizam Nuriyev 





29/04/16    Çap et