Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” Gəncənin “2016-cı il Avropa Gənclər paytaxtı” seçilməsi münasibətilə kampaniyaya başlayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər paytaxtı” seçilməsi münasibətilə kampaniya keçirir.

Kampaniya çərçivəsində Gəncədə “Aztelekom.net” provayderinin 1-2 Mbit/s genişzolaqlı ADSL internet xidmətlərinə qoşulan hər bir gənc (35 yaşa qədər) abunəçi 2016-cı ilin sonuna qədər iki dəfə artıq internet sürəti ilə təmin ediləcək.

Kampaniyadan may ayı ərzində adıçəkilən provayderin internet xidmətindən istifadəyə başlayan abunəçilər yararlana biləcək.

CAHANGİR





03/05/16    Çap et