Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” istehlakçıların məmnunluq reytinqində 8 ildir liderdir
“Apple” şirkəti ardıcıl olaraq 8 ildir ki, Amerika kompyuter istehlakçılarının (ACSİ) məmnunluq reytinqində liderlik edir.
Sorğunun nəticələrinə əsasən, Amerika korporasiyası 100-dən 87 bal toplayıb. Ən yaxın rəqibi olan “HP” şirkətini 9 bal qabaqlayıb. Keçən illə müqayisədə “Apple”-ın göstəricisi 1 bal artaraq daha da yaxşılaşıb.
“ACSİ” tərtibçilərinin sözlərinə görə, Stiv Cobsun şirkəti bazara yeni innovasiya məhsulları çıxartmaq vasitəsi ilə daim alıcıların marağını saxlamağa müvəffəq olur. Belə qurğulara, məsələn, mütəxəssislər “iPad” planşetini göstəriblər.
“ACSİ” reytinqində üçüncü mövqedə bir neçə kompyuter istehsalçısı yerləşib: “Dell”, “Acer”, “Toshiba”, “Lenovo” və “Sony”. Şirkətlər keçən il olduğu kimi cari ildə də 77 bal toplayıblar.
21/09/11 Çap et