Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” toxununulmadan işləyən unikal displey icad edib


“Microsoft Research”in tədqiqatçılar qrupu tərəfindən nümayiş etdirilmiş yeni smartfonun displeyi insan barmaqlarını kiçik məsafədən “tanıyır”.

“Pre-Touch Sensing” texnologiyası istifadəçi-smartfon əlaqəsi üçün yeni imkanlar açır. Sözügedən texnologiyanın yaradıcıları displeyin kiçik məsafədən barmağı “tanıması” bacarığını nümayiş etdiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, istehsalçılar “Pre-Touch Sensing” texnologiyasını yeni jestlərin yaradılması üçün istifadə etməyi təklif edirlər. Təqdimat videosunda texnologiyanın yaradıcıları barmağı ekrana yaxınlaşdırdıqda videopleyerin interfeysinin görünməsini nümayiş etdiriblər. Smartfon, həmçinin istifadəçinin qurğunu hansı əldə saxlamasını müəyyənləşdirərək proqramı ona müvafiq optimallaşdırır.

“Microsoft Research”in əməkdaşı Ken Hinkli bildirib ki, düşünürəm ki, bu texnologiya gələcəkdə mobil qurğularla əlaqə yaradılması üçün böyük potensiala malikdir.

Emil Hüseynov







06/05/16    Çap et