Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da dərini sensor displeyə çevirən sistem təqdim edilib


ABŞ-ın Karneqi Mellon Universitetinin laboratoriyasında çalışan mütəxəssislər və “Future Interfaces Group”un tədqiqat qrupu tərəfindən təqdim edilmiş “SkinTrack” sistemi kiçikölçülü sensor displeylərə malik müxtəlif cihazların idarə edilməsi üçün dəriyə toxunuşları izləməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “tjournal.ru” saytına istinadən xəbər verir ki, sistem siqnalı ötürən üzük və həssas qolbaqdan ibarətdir. Bu sistemin köməyi ilə dəridən “ağıllı” saat üçün sensor ekran kimi istifadə etmək olar. Bu halda ekrana barmaqla toxunuş edilmir.

Emil Hüseynov







07/05/16    Çap et