Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması ilə işləyən milyonlarla qurğu təhlükə altındadır


Mütəxəssislər “Android” mobil əməliyyat sistemi ilə işləyən və “Qualcomm” çipsetli milyonlarla smartfona təhlükə yaradan boşluqla bağlı təfərrüatları açıqlayıb.

Məlumata görə, “CVE-2016-2060” adlandırılmış boşluq artıq 5 ildir  mövcuddur. Bu boşluq “SMS” mesajları oxumağa, telefon zənglərindən ibarət jurnala baxmağa və başqa informasiyanı ələ keçirməyə imkan verir. Sözügedən boşluq “Android Lollipop” (5.0), “KitKat” (4.4), “Jellybean MR2” (4.3) və “Ice Cream Sandwich MR1” (4.0.3) versiyaları ilə işləyən qurğular üçün daha böyük təhlükə yaradır. “Qualcomm” şirkəti düzəliş çıxarsa da, ancaq istehsalçılar öz qurğuları üçün müvafiq yeniləmə çıxarmayana kimi “Android” qurğular təhlükə altındadır.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, problem “Qualcomm” şirkətinə məxsus “API”-də olan səhv ucbatından  yaranıb.

Emil Hüseynov





07/05/16    Çap et