Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elastik smartfon “3D” videoya xüsusi eynəksiz baxmağa imkan verir


Cari ilin əvvəlində qatlanan smartfon prototipini təqdim edən Kanadanın Kuins Universitetinin mütəxəssisləri bu istiqamətdə daha da irəliləyərək işıqlı displeylə təchiz edilən elastik smartfon yaradıblar. Layihə “HoloFlex” adlanır və ekranın xüsusi strukturu sayəsində üçölçülü təsvirə “3D” eynək olmadan baxmağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, smartfonun əsasını 1920х1080 piksel təsvir ölçülü elastik “OLED” displey təşkil edir. Ekranın üst tərəfində isə 160х104 pikselli daha bir qat yaradan 16 min altıbucaq enlibucaqlı linza quraşdırılıb ki, bunun da sayəsində təsvir bütün tərəflərdən həcmli görünür.

Həmçinin “HoloFlex” smartfonunda “Snapdragon 810” prosessoru, 2 QB tutumlu operativ yaddaş və “Android 5.1 Lollipop” əməliyyat sistemi quraşdırılıb.

Nizam Nuriyev 







07/05/16    Çap et