Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yarım saniyəyə enerji toplayan akkumulyator icad edilib


Oslo Universitetinin alimləri tərəfindən hazırlanmış akkumulyator bir neçə saniyə ərzində enerji toplayır. Lakin sözügedən akkumulyatorun tutumu azdır.

Professor Ola Nilsen və universitetin məzunu Knut Byarne Qanqrud lazımi enerjidoldurma sürətinə nail olmaq və ölçüsünü kiçiltmək üçün batareyanın tutumunu azaldıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, istehsalçılar ictimai nəqliyyat üçün ekoloji cəhətdən təmiz enerji mənbəyi yaratmağı planlaşdırır. Akkumulyatorun şarjı dayanacaqlar arasında olan  məsafəni qət etmək üçün kifayətdir. Dayanacaqlarda isə avtobuslar xüsusi platformalarda enerji ilə doldurulacaq.

Sözügedən texnologiya akkumulyator batareyaları sahəsində inqilab ola bilər. Həmçinin bu, nəqliyyat üçün çox ucuz enerji mənbəyidir.

Emil Hüseynov





10/05/16    Çap et