Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əşyaları tanıya bilən cihaz yaradılıb
Mühəndislər tərəfindən hazırlanmış “ağıllı” qurğu istənilən obyekti “tanıya” bilir. “Miraffe” adlı qurğu qarşısındakı istənilən obyektin adını əks etdirmək üçün kamera və xüsusi texnologiyadan istifadə edir.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Miraffe” texnologiyası ilk öncə uşaqların dünya haqqında məlumatlandırılmasına kömək məqsədilə yaradılıb. Qurğunun arxa panelindəki kamera “Wi-Fi” qoşulma vasitəsilə təsvirləri göndərir, bundan sonra onlayn məlumat bazasında uyğunluq axtarılır. Uyğunluq qeydə alınan kimi cihaz obyektin adını əks etdirir, qurğunun arxa panelindəki dinamik isə əşyanın adını səsləndirir.
Belə texnologiyalar zəif görmə qabiliyyətinə malik insanlar üçün daşınabilən qurğu kimi tətbiq edilə bilər. “Miraffe” qurğusu zəif görənlərin məkanda hərəkət etməsinə uyğunlaşdırıla bilər. Bu halda zəif görmə qabiliyyətinə malik insanlar ətrafdakı obyektlərin təsvirini dinləyə biləcəklər.
Emil Hüseynov
12/05/16 Çap et