Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kağızı interfeysə çevirən texnologiya kəşf edilib
ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları kağızı interfeysə çevirən "PaperID" texnologiyasını hazırlayıblar. Yeni texnologiya xüsusilə kitabların əl hərəkətləri vasitəsilə musiqi ilə müşayiətin idarə olunmasına imkan verir.
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science " resursuna istinadən yazır ki, "PaperID" texnologiyasının əsasını kağıza quraşdırılan və həmin yerdə olan qurğuları oxuyan standart batareyasız "RFID" nişanlarından (obyektlərin avtomatik identifikasiya üsulu) istifadə təşkil edir. Bu və ya digər jesti yerinə yetirən oxucunun əli nişanların siqnallarını avadanlıq tərəfindən ayrıca komanda kimi təsnif edilən müəyyən alqoritm üzrə ötürülməsini dayandırır. Bu halda unikal identifikatora malik nişanlar potensial baxımdan mürəkkəb keçiricisi ilə əvəz oluna bilər.
Metodika həm tək "RFID" nişanları, həm də onlarla kompleks şəkildə işləyir. İlk halda ayrıca nişan yanıb-sönmə funksiyasını yerinə yetirdiyi halda ətrafda və ya bir-birinin ardınca yerləşdirilən nişanlar qrupu sürüngəclilərin alternatividir. Bundan başqa, onlar hərəkətin sürətini izləyə bilirlər ki, bu da, məsələn, musiqinin tempini əllərin köməyi ilə tənzimləyən zaman faydalı ola bilər.
"PaperID" texnologiyasının özəlliyi ondan ibarətdir ki, o "RFID" texnologiyasını cəlb etməklə onun tətbiqi sahələrini genişləndirir və alimlər qarşısında aparatura istehsal etmədən interaktiv sistemlər prototipini yaratmaq üçün yeni resurs açır", - professor Şvetak Patel bildirib.
"Disney Research" şirkətinin elmi əməkdaşı Alanson Sempl professorun fikirləri ilə razılaşaraq qeyd edib ki, kağız əl altında olan vasitələrdən ucuz interfeyslər üçün əlverişli, plastik və ekoloji təmiz əsaslı illüstrasiyadır: "Son nəticədə bu prinsiplər texnologiyadan istifadə ssenarisinin genişləndirilməsini və onun kağızdan fərqlənən materiallara yayılmasını nəzərdə tutur", - o vurğulayıb.
Mütəxəssislər texnologiyanı mayın 12-də San-Hosedə keçiriləcək Kompüter Texnikası Assosiasiyasının (CHI) konfransında təqdim etməyi planlaşdırırlar.