Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stressin səviyyəsini ölçən kompüter “maus”u ixtira edilib


Elektron komponentlərin hazırlanması üzrə ixtisaslaşmış Yaponiyanın “Alps Electric” şirkəti istifadəçidə stressin səviyyəsini ölçməyə imkan verən yeni kompüter “maus”unu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, sözügedən “maus” hərarət və havanın rütubətliyini, həmçinin bir sıra fizioloji göstəriciləri ölçən sensorlarla təchiz edilib. Toplanılan məlumatları təhlil edən qurğu istifadəçidə stressin səviyyəsini müəyyənləşdirir. Bunun üçün kompüter istifadəçisinin əli ilə “maus”u saxlaması kifayətdir.

“Alps Electric” şirkəti əlavə sınaqların keçirilməsindən sonra cari ilin sonunadək yeni qurğunun satışına başlamağı planlaşdırır.

Məlumata görə, yaponlar normadan artıq işləyirlər və iş prosesində güclü stress keçirirlər.

Emil Hüseynov





14/05/16    Çap et