Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”də ürək sözlərini yazdığına görə işdən çıxarıldı
“Microsoft” şirkətində “Windows Phone” mobil əməliyyat sistemi üzərində işləmiş menecer yeni “Nokia” smartfonu haqqında öz mikrobloqunda fikirlərini qeyd etdikdən sonra işdən çıxarılıb. Buna korporasiyada qüvvədə olan KİV və sosial media ilə iş üzrə qaydaların pozulması səbəb olub.
Co Marini sentyabrın 7-də öz “Twitter-hesab”ında “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən yeni “Nokia” smartfonu haqqında mesaj dərc edib. "Hal-hazırda mən “Nokia”nın indiyə qədər gördüyüm ən xoş smartfonunu yoxlamaq imkanı əldə etdim. Tezliklə siz də bunu edə biləcəksiniz".
Digər istifadəçilərin onun yeniliyi necə qiymətləndirməsi suallarına Marini smartfonda yaxşı kameranın və həssas interfeysin olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, istəyərdi ki, bu model daha böyük ekrana malik olsun. Mari sentyabrın 13-dən 16-dək keçirilmiş “BUİLD” konfransında şəxsi təqdimatından sonra işdən azad edilib.
“Microsoft” nümayəndəsi bildirib ki, bu və ya digər işçinin çıxarılması səbəblərini şərh etmək hüququna malik deyil, lakin Co Marininin çıxarılması faktını təsdiqləyib.
21/09/11 Çap et