Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
COMSTECH-in növbəti iclası Bakıda keçiriləcək
"BakuTel-2011" 17-ci Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı (23-26 noyabr) çərçivəsində İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu iclasda iştirak etmək üçün Bakıya gələcək.
Azərbaycan 2008-ci ildə COMSTECH İcraiyyə Komitəsinin üzvü seçilib. Sərginin işində yüksəkvəzifəli şəxslərin iştirakı gözlənilir.
Sərginin sahəsi üç dəfə genişləndiriləcək, iştirakçıların sayının da bir o qədər artacağı gözlənilir. Sərgidə bu il ilk dəfə olaraq İKT sektoru ilə yanaşı, əyləncə sahəsi də geniş təqdim olunacaq.
22/09/11 Çap et