Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Daydream” virtual reallıq platforması təqdim olunub


“Google” şirkəti ABŞ-da keçirilən “Google I/O 2016” konfransında yeni “Daydream” virtual reallıq platformasını təqdim edib. 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, yeni "Android N” əməliyyat sisteminə əsaslanan “Daydream” konfransın başlıca hadisəsi olub. Bildirilir ki, “Android N” virtual reallıqda xüsusi iş rejiminə malik olacaq. Platformanın imkanlarını qiymətləndirmək üçün “Google” istehsalı olan şlem və kontrollerdən istifadə lazımdır.

“Daydream” platforması “Google”un virtual reallıq sahəsində əvvəlki məhsullarından (Cardboards eynəkləri) bütün qurğuları deyil, müəyyən tələblərə cavab verən yeni smartfonları dəstəkləməsi ilə fərqlənir. Mütəxəssislərin sözlərinə görə, bu, istifadəçilərə daha real hissi yaşamağa kömək edəcək. Artıq “Samsung”, “Huawei”, “HTC”, “LG”, “Xiaomi”, “ZTE”, “Alcatel” və “Asus” nümayəndələri məhsullarını yeni tələblərə uyğunlaşdırmağa hazır olduqlarını bəyan ediblər.

Yeni platformanın bu ilin payızında satışa çıxarılması gözlənilir.

Nizam Nuriyev 





20/05/16    Çap et