Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICQ” videozəngləri şifrləməyə başlayıb


“ICQ” mərkəzləşdirilmiş məlumat mübadiləsi xidməti messencerlər arasında videorabitəni bütün ölkələr üçün şifrləməklə dünyada ilkə imza atıb.

“ICTnews” Elektron Xəbər Xidməti “RSUTE” resursuna istinadən yazır ki, bildirilir ki, bütün söhbətlər məxfi qalır, şifrləmə isə avtomatik işləməklə əlavə sazlamalar tələb etmir. Bu, “Android”, “iOS” və “Windows” əməliyyat sistemləri üçün yeni səsli telefoniya texnologiyasından istifadə sayəsində mümkün olub. Mütəxəssislərin sözlərinə görə, şifrləmənin əsaslandığı xüsusi protokol informasiya mühafizəsini ən yüksək səviyyədə təmin etməklə zənglərin messencerin serverlərində və provayder səviyyəsində şifrlənməsini qeyri-mümkün edir.

Avtomatik işləyən şifrləməni işə salmaq üçün əllə xüsusi sazlamalar tələb olunmur. Yeni “ICQ” versiyaları artıq proqramın rəsmi səhifəsində və "Google Play” və “App Store” əlavələr mağazasında yerləşdirilib.  

Nizam Nuriyev 





20/05/16    Çap et