Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərgidə ayrıca pavilyonla təmsil olunub. İştirakçıların marağına səbəb olan stenddə sektor üzrə əldə olunan nailiyyətlər , eləcə də "Elektron hökumət" modeli nümayiş olunub.
50 000 ziyarətçinin və mütəxəssisin qatıldığı sərginin 4 günlük iş günü ərzində ölkəmizin yüksək texnologiyalar sahəsi üzrə təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, Rusiya, Çin kimi ölkələrin şirkətlərinin diqqətini cəlb edib və həmin ölkələrlə əməkdaşlıq əlaqələri müzakirə edilib.
Sərgi ənənəvi olaraq dünyanın qabaqcıl şirkətlərini və mütəxəssislərini bir araya toplayıb.
Avropada ən böyük və ən nüfuzlu tədbir hesab olunan "Svyaz" sərgisi (bu ilədək "Svyaz Ekspokomm" adlanıb) 40 illik inkşaf dövründə telekommunikasiya sənayesinin nailiyyətləri, informasiya texnologiyaları, idarəetmə sistemləri və rabitə xidmətlərinin nümayişi üçün platform rolunu oynayıb.
Yeni avadanlıq, texnologiya və ya xidmət təqdim etmək, yeni biznes əlaqələri üçün münbit məkan olan bu sərgidə, müasir həyatın müxtəlif sahələrində innovativ texnologiyaların tətbiq imkanları ilə yanaşı, milli və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli olan proqram təminatlarının yaradılmasına dair görülən işlərin nəticələri barədə yekun hesabatlar təqdim edilib.