Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” xidmətində 140 simvol məhdudiyyəti aradan qaldırılacaq


"Twitter" mikrobloqlar xidmətinin rəhbərliyi mesajlarda 140 simvol məhdudiyyətinin aradan qaldırılacağı ilə bağlı xəbəri təsdiq edib.

"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən xəbər verir ki, "yaxın aylar ərzində insanlar sözügedən xidmətdə mesajlarda 140-dan çox simvol yazmaq imkanı əldə edəcək. Bizim məqsədimiz ondan ibarətdir ki, 140 simvol məhdudiyyətinin aradan qaldırılması ilə tərtibatçı və partnyorlara öz məhsullarını lazımi qaydada hazırlamaq imkanı yaratmaqdır" – şirkətin nümayəndəsi deyib.

Həmçinin rəhbərlik xatırladıb ki, indi istifadəçilər "Retweet" düyməsinin köməyi ilə zərurət olduqda öz mesajlarını dərc edə bilərlər.

Emil Hüseynov





25/05/16    Çap et