Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada internetin sürətli olduğu ölkələr müəyyənləşdirilib
“Pando Networks” şirkəti dünya üzrə 20 milyon kompyuterdən toplanmış məlumatları emal edərək müxtəlif ölkələrdə internetin sürətini qiymətləndirib.
Reytinqdə Cənubi Koreya liderlik edir: informasiyanın şəbəkədən yüklənməsi sürəti bu ölkədə orta hesabla saniyədə 2202 kilobayt (kb/s) təşkil edir. Sonra Rumıniya (1 909 kb/s), Bolqarıstan (1 611 kb/s), Litva (1462 kb/s) və Latviya (1377 kb/s) gəlir.
Reytinqdə 6-cı yerdə 1364 kb/s nəticə ilə Yaponiya yerləşib. 7-10-cu yerləri müvafiq olaraq İsveç (1234 kb/s), Ukrayna (1190 kb/s), Danimarka (1020 kb/s) və Honkonq (992 kb/s) tutublar. Amerika Birləşmiş Ştatları reytinqdə 606 kb/s sürətlə 26-cı yerdədirlər.
İnternetə giriş sürəti üzrə ən pis vəziyyət Konqo Demokratik Respublikası (13 kb/s), Mərkəzi Afrika Respublikası (14 kb/s) və Komorski adalarında (23 kb/s) qeydə alınıb. Hal-hazırda internetin orta ümumdünya sürəti 580 kb/s təşkil edir.
22/09/11 Çap et