Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya Bankı “Azərpoçt” MMC-nin maliyyə xidmətləri göstərməsini mühüm islahat kimi dəyərləndirir
"Baza maliyyə xidmətlərinin milli poçt operatoru "Azərpoçt" vasitəsilə həyata keçirilməsi bir neçə il bundan öncə başlamış mühüm islahatlardan biridir".
"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, bu fikir Dünya Bankının "Azərbaycanda Maliyyə Potensialı və İnklüzivliyinin Gücləndirilməsi Hesabatı"nda yer alıb.
Ölkə ərazisində 1600 filialdan artıq şəbəkəsi və bank və digər maliyyə institutlarının tərəfdaşlığı ilə "Azərpoçt"un ölkədə maliyyə inklüzivliyi və əlyetərliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verə biləcəyi də hesabatda vurğulanıb.
Qeyd edək ki, sözügedən hesabat Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən "İstehlakçıların Hüquqlarının Müdafiəsi və Maliyyə Savadlılığı" texniki yardım layihəsi çərçivəsində hazırlanıb.
CAHANGİR
27/05/16 Çap et