Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən möhkəm telefonu
“Sonim” şirkəti “XP1301 Core” telefonunu təqdim edib. Şirkət telefonu dünyada “NFC” texnologiya dəstəkli ilk ən möhkəm aparat adlandırıb.
Model ekstremal şəraitdə istifadəyə hesablanıb və xarici təsirlərdən maksimal dərəcədə müdafiə olunma xüsusiyyəti ilə səciyyələnir: qurğu “İP68” standartına uyğundur.
“Sonim XP1301 Core” telefonu toz düşməsindən tamamilə qorunub və 1 metrdən çox dərinliyi olan suda uzunmüddətli saxladıqda belə iş qabiliyyətini itirməyəcək.
2 metr hündürlükdən beton səthə düşmə, həmçinin telefona heç bir təsir etməyəcək. Model üçün işçi temperatur diapazonu Selsi üzrə -20-dən +55 dərəcəyə qədər təşkil edir.
“XP1301 Core” telefonuna quraşdırılmış “NFC” çipi kontaktsız ödənişlər üçün deyil, qorunan obyektdə giriş sisteminin təşkili üçün nəzərdə tutulub.
Telefonun avtonom iş müddəti danışıq rejimində 24 saata və gözləmə rejimində isə 33 saata çatır. Yeniliyin dəyəri 355 avro təşkil edir. Həmçinin istehsalçı qurğuya üçillik zəmanət verir.
22/09/11 Çap et