Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Startap Azərbaycan 2016”-nın qalibləri bəlli olub
Bu gün "Startap Azərbaycan 2016" yarışmasının yekun təqdimat mərasimi keçirilib. Tədbirdə yarışmanın qaliblərinin adları açıqlanıb. "FoodLook", "Ustam", "Braille Pad", "WibeMe" startapları, "Ən motivasiyalı komanda" nominasiyası üzrə "Businesset" layihəsi qalib olub.
Qaliblərə və fərqlənənlərə mükafatlar və diplomlar təqdim olunub.
Qalib startaplar akseleratorlarda, innovasiya mərkəzlərində və texnoparklarda iş şəraiti ilə təmin olunacaqlar. Builki yarışmanın qaliblərinin sponsor təşkilatlar tərəfindən xarici səfərlərinin təşkili də nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, yarışma 2 mərhələdə həyata keçirilir. "Startap Azərbaycan" çərçivəsində yarışmalarda iştirak edən startapların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlərin dəyərləndirməsi əsasında yarımfinalçılar müəyyən edilir. Onların təqdim etdikləri biznes-planlar və layihələrinin təqdimatları əsasında yenidən qiymətləndirmə həyata keçirilir və məhdud sayda qaliblər müəyyən olunur.
Qeyd edək ki, "Startap Azərbaycan" layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), RYTN-in İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.
"Startap Azərbaycan"ın akademik partnyoru ADA Universitetidir.
"ATL Group", "SİNAM", "Neuron Technologies", "SUP Accelerator", "NEXT STEP" İnnovasiya Mərkəzi və "Cybernet" şirkətləri "Startap Azərbaycan"a dəstək verir və sponsorluq edir.
01/06/16 Çap et