Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq 29 ildir ki, insanlar hiss və həyəcanlarını virtual olaraq bildirir


Mətndə emosiya və hisslərin ötürülməsi üçün istifadə olunan smayliklərin yaranmasından 29 il vaxt keçib.

1982-ci il sentyabr ayının 19-da Karneqi Mellon Universitetinin professoru Skott Falman “smaylik”dən - emosiyaların təsviri üçün ideoqramdan (hər hansı bir anlayışı ifadə edən şərti işarə) istifadə edən ilk insan olub.

O, iki nöqtə, defis və bağlayan mötərizənin :-) vasitəsi ilə elektron mesajda öz emosiyalarını ifadə edib.

Bu yenilikdən istifadə olunan ilk mətn aşağıdakıdır: "19-Sep-82 11:44 Scott E Fahlman:-) From: Scott E Fahlman I propose that the following character sequence for joke markers::-) Read it sideways.

Actually, it is probably more economical to mark things that are NOT jokes, given current trends. For this, use:- (". Maraqlıdır ki, smaylik ilk dəfə onlayn yumor haqqında müzakirənin gedişində istifadə edilib.




22/09/11    Çap et