Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bill Qeyts yenə də ABŞ-ın ən varlı insanıdır
“Forbes” jurnalı ABŞ-ın 400 ən varlı insanı siyahısının son versiyasını dərc edib. Siyahıya əsasən, “Microsoft” korporasiyasının sabiq rəhbəri Bil Qeyts əvvəlki kimi Şimali Amerikanın ən varlı insanı olaraq qalıb.
Lakin “Facebook” şəbəkəsinin banisi Mark Sukerberqin vəziyyətinin yaxşılaşması faktı da maraqlıdır, o, siyahıda aktiv şəkildə yuxarı pillələrə qalxmaqdadır.
“Microsoft” korporasiyasının həmtəsisçi və keçmiş rəhbəri 55 yaşlı Qeyts 59 milyard dollar ilə siyahıya başçılıq edir. 1 il əvvəl Bil Qeytsin vəziyyəti təxminən 54 milyard dollar qiymətləndirilirdi.
Siyahıda ikinci yerdə 39 milyard dollar ilə “Bershire Hathaway” fondunun baş direktoru 81 yaşlı investor Uorren Baffet yerləşib. “Oracle” şirkətinin baş direktoru 67 yaşlı Larri Ellison 33 milyard dollar ilə üçüncü yeri tutub.
“Facebook”un rəhbəri Mark Sukerberq hazırda siyahıda 14-cü yeri tutur və 17,5 milyard dollara malikdir. Keçən il 27 yaşlı cavan oğlan 6,9 milyard dollara malik idi və reytinqdə 35-ci yeri tutmuşdu.
Mark Sukerberq vəziyyətinin yaxşılaşmasına görə “Google”-un həmtəsisçiləri Larri Peyc və Serqey Brini ötüb, onlar 16,7 milyard dollara malikdirlər və reytinqdə 15-ci yeri bölüşürlər.
Eyni zamanda onların hər üçünü “Amazon” rəhbəri Ceff Bezos keçib, o, internet vasitəsilə malların satışından 19.1 milyard dollar qazanaraq 13-cü yerə yüksələ bilib.
“Dell” şirkətinin 46 yaşlı rəhbəri Maykl Dell 15 milyard dollar ilə 18-ci mövqeni, “Microsoft” CEO-su Stiv Ballmer 13,9 milyard dollar ilə 19-cu, “Microsoft”-un həmtəsisçisi Pol Allen 13,2 milyard dollar ilə 23-cü yeri tutublar.
“Apple” şirkətinin keçmiş rəhbəri Stiv Cobs “iPhone” və “iPad” satışlarından 7 milyard dollar qazanaraq 39-cu yerə yüksəlib.
22/09/11 Çap et