Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT-nin baş katibi: “Elm və texnologiyalar davamlı inkişafın aparıcı qüvvəsidir”
BMT-nin Baş katibi Pan Qi Mun bildirib ki, elm, texnologiyalar və innovasiyalar ölkələrə həyatın bütün sahələrində (kənd təsərrüfatı, nəqliyyat, tibb, ekologiya) davamlı inkişafın yeni səviyyəsinə keçməyə kömək edir.
“ICTnews” Elektron Xəbər Xidməti “un.org” saytına istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında keçirilmiş xüsusi forumda çıxış etmiş Pan Qi Mun deyib ki, innovasiyalar, texnologiyalar və elmin tərəqqisi davamlı inkişafın 17 məqsədindən biri kimi müəyyənləşdirilib, Elmi kəşflər davamlı inkişafın bütün məqsədlərinə nail olmaq üçün son dərəcə vacibdir.
"Qarşıdakı 15 ildə elm, texnologiyalar və innovasiyalar sahəsində tərəqqi davamlı inkişafda bütün məqsədlərə (yoxsulluğun aradan qaldırılması, kənd təsərrüfatının yüksəlişi, enerji, su, sanitariya problemi, iqlim dəyişikliyinin həlli) nail olmaq üçün mühüm rol oynayacaq" – Pan Qi Mun deyib.
O, bütün dövlətləri əməkdaşlıq məqsədilə bilik və informasiya mübadiləsinə səsləyib.
Emil Hüseynov
07/06/16 Çap et