Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılması davam etdirilir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən  kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılması davam etdirilir.
 
Hazırda paytaxtın normadan çox yüklənən kabel-kanal sistemində səliqə-sahman yaradılır. Artıq xeyli sayda quyu texniki normalara uyğunlaşdırılıb. 


 


Əvvəlki quyu





Həyata keçirilən işlərin nəticəsi olaraq bütün normativ tələblərə cavab verən, keyfiyyətli və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların tələbatına cavab verən kabel-kanal sistemi yaradılacaq.

Qeyd edək ki, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdi. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.


 
























İndiki quyu



Onu da qeyd edək ki, BTRİB-in balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var. 





08/06/16    Çap et