Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” nahar masası təqdim olunub
ABŞ-ın “Sapien Stone” şirkəti İsveçin “Kram/Weisshaar” dizayn studiyası ilə birlikdə “SmartSlab” adlanan “ağıllı” nahar masası kəşf edib. Masanın paneli qızdırma, soyutma və müxtəlif elektron qurğuların enerji ilə doldurulması kimi bir neçə faydalı funksiyanı yerinə yetirə bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, stolun çəkisi 70 kq, üst səthinin qalınlığı 6 mm təşkil edir. Keramikaya masanın üzərində yerləşən düyməni basmaqla işə düşən isitmə və soyutma elementləri, induksiya panelləri, enerji toplama modulları inteqrasiya olunub.
Bildirilir ki, bundan sonra evdar qadınların yeməyi qızdırmaq üçün pilətəyə və ya soyuq butulkanı götürmək üçün soyuducuya yaxınlaşmasına ehtiyac qalmayacaq. Bunu etmək üçün hər şeyi “SmartSlab” masasının üzərinə düzmək kifayətdir. Belə ki, boşqabların altında Selsi üzrə 42 dərəcə temperatur, butulkaların altında 5 dərəcə C dəstəklənir.
Şirkət mütəxəssisləri əmindirlər ki, yeni kəşf dünyanın bütün mətbəxlərində praktiki tətbiq olunacaq.