Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “LinkedIn” şəbəkəsini satın alır


"Microsoft" korporasiyası işgüzar əlaqələrin axtarışı və qurulması üçün nəzərdə tutulan "LinkedIn" sosial şəbəkəsini satın almasını bəyan edib. Bu barədə korporasiyanın rəsmi bloqunda deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Vedomosti" resursuna istinadən yazır ki, sazişin məbləği bir səhm üçün 196 dollar olmaqla 26,2 milyard dollar təşkil edəcək. Sövdələşmənin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

"Microsoft"un məlumatına görə, ABŞ korporasiyası "LinkedIn" brendini və korporativ mədəniyyətini saxlayacaq, Ceff Vayner sosial şəbəkənin icraçı direktoru vəzifəsini yerinə yetirməkdə davam edəcək.
Sazişin imzalanması açıqlandıqdan sonra sosial şəbəkənin birjada səhmlərinin qiyməti 47,5 faiz artaraq 193,4 dollara çatıb.

Qeyd edək ki, 2003-cü ilə Kaliforniyada yaradılan "LinkedIn" işgüzar əlaqələr sosial şəbəkəsinin auditoriyası hazırda 400 milyon istifadəçi təşkil edir.  

Nizam Nuriyev 





14/06/16    Çap et