Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib


Böyük Britaniyadan tələbə Qreq Xyuz (Greg Hughes) bildirib ki, iOS 5 yeni əməliyyat sistemindən Wi-Fi Sync proqramı daha əvvəl çıxmış onun şəxsi proqramının ad və funksionallığının surətidir. Belə ki, o. Xyuz Wi-Fi proqramını 2010-cu ildə yazıb. Proqram simsiz şəbəkə üzrə iTunes kitabxanası ilə iPhone-u sinxronlaşdırmağa icazə verir. İstehsalçı proqramı “App Store” onlayn mağazasında yerləşdirməyə çalışsa da, bu baş tutmayıb.
“Apple” isə öz növbəsində izahedici məktubunda Xyuza bildirib ki, təhlükəsizlik nöqteyi-nəzərindən proqramı mağazaya qəbul edilməyib. Bundan sonra Xyuz proqramı , iPhone-un sındırılmış aparatları üçün proqramların yerləşdiyi “Cydia” mağazasına göndərib. Orada Wi-Fi Sync bestsellerlər sırasına daxil olub: 13 ay ərzində təxminən 50 min surət satılıb.
Qeyd edək ki, 2011-ci il iyunun 6-da “Apple” tərkibinə Wi-Fi Sync utilitinin də daxil edildiyi iOS 5 mobil əməliyyat sistemini təqdim edib. “Apple” tərəfindən hazırlanmış proqram Xyuzun proqramı kimi eyni məsələləri yerinə yetirir, eyni adı daşıyır və oxşar nişana malikdir.
Xyuz bildirib ki, Wi-Fi Sync proqramını iOS 5 daxilində gördükdə "şoka düşüb". "Mən ən azı 1 il eyni ad və eyni nişan ilə proqramı satmışam. “Apple” bu haqda bilirdi, çünki mən proqramı “App Store” onlayn mağazasında yerləşdirməyə çalışırdım".
"İnformatika və hesablayıcı texnika" ixtisası üzrə Birminhem Universitetinin üçüncü kursunu bitirən Xyuz qeyd edib ki, “App Store” onlayn mağazasına Wi-Fi Sync proqramını yerləşdirmək imtinasına baxmayaraq, “Apple” 2010-cu ildə onun proqramına maraq göstərib, hətta ondan CV-ni göndərməyi xahiş edib.




11/06/11    Çap et