Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səsin köməyilə silisium mikroprosessorlarının gücü artırılıb


Alimlər sınaq zamanı dalğaverənlə (qısa məsafələrə radio dalğalarını ötürən boru) təchiz edilmiş yeni mikroçip konstruksiyası yaradıblar. Səthin strukturu işıq dalğalarının səslə uğurlu vəhdətini təmin edib.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən xəbər verir ki, "silisium, demək olar ki, bütün mikroprosessor texnologiyasının əsasını təşkil edir. Bu materialda səs və işığı birləşdirmək imkanı informasiyanı əvvəllər inanılmaz hesab edilən üsullarla deşifr və nəzarət etməyə imkan verir" – elmi işin müəllifi Piter Rakiç deyib.

Texnologiya müxtəlif sahələrdə, o cümlədən optik-lif rabitə xətlərinin düzəldilməsində, rəqəmli siqnalların emalında tətbiq oluna bilər.

Emil Hüseynov





16/06/16    Çap et