Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bluetooth 5.0” standartı 2 dəfə daha sürətli olacaq


“Bluetooth” standartının inkişaf və irəliləyişinə cavabdeh olan “Bluetooth Special Interest Group” (“Bluetooth SIG”) təşkilatı 5-ci nəsil spesifikasiya üzərində işləri başa çatdırıb. Simsiz interfeysin yeni versiyası siqnalın hərəkət radiusunun artımını, məlumatların daha yüksək sürətlə ötürülməsini, həmçinin elektrik enerjisindən daha səmərəli istifadəni nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən xəbər verir ki, “Bluetooth 5” standartı rəsmən 16 iyun tarixində Londonda keçirilmış mətbuat konfransında təqdim edib. “SIG” təşkilatının icraçı direktoru Mark Pauell deyib ki, sözügedən standartın hərəkət radiusu 4 dəfə, aşağı enerji sərfiyyatlı qurğular üçün informasiyanın ötürülmə sürəti 2 dəfə artacaq.

Bundan başqa, Pauellin sözlərinə görə, “Bluetooth 5” standartı qoşulma olmadan işləyən xidmətlərin (informasiya və naviqasiya) funksionallığını xeyli genişləndirəcək. Bu o deməkdir ki, təkmilləşdirilmiş standart “Bluetooth” mayak texnologiyasını, məkan daxilində mövqe təyinetmə sistemini inkişaf etdirəcək.

Emil Hüseynov





17/06/16    Çap et