Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Erik Şmidt: “Google” axtarış nəticələrində heç nəyi redaktə etmir


“Google” şirkətinin İdarə heyətinin sədri Erik Şmidt ABŞ Senatında dinləmələrdə şirkətin öz xidmət və layihələrinin irəliləyişi üçün axtarış nəticələrini rəqiblərin layihələrinə zərər üçün redaktə etdiyi ittihamlarını rədd edib.

"Mən sadəcə, onu deyə bilərəm ki, hamını inandırmağa hazıram ki, biz heç nə etmirik" - o bildirib.

İndi ABŞ Senatının antiinhisar siyasəti üzrə yardımçı komitəsi “Google” rəqiblərinin şikayətlərini araşdırır. Şikayətlərə əsasən, internet-nəhəng guya bazarda öz üstün vəziyyətindən sui-istifadə edir.

Bu məsələ, həmçinin, ABŞ Federal Ticarət Komissiyasında müzakirədədir. “Google” barəsində, həmçinin Avropa Komissiyasında da araşdırmalar gedir.

"Google” rəqabət aparan sayt və digər informasiya mənbələrindən istənilən birinə girişi bloklamaq üçün heç nə etmir" - Şmidt bildirib.




22/09/11    Çap et