Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HP” şirkətinin rəhbəri Leo Apoteker vəzifəsindən azad edilə bilər
“Hewlett-Packard” şirkətinin İdarə Heyəti veb-mənbələrin məlumatlarına əsasən, şirkətin icraçı direktoru Leo Apotekeri işdən çıxara bilər.
O, bu vəzifəni təxminən 1 il bundan əvvəl Mark Xyorda istefa etdikdən sonra tutub. Bundan əvvəl cənab Apoteker 20 il ərzində Avropanın ən böyük proqram təminatı istehsalçılarından biri olan “SAP” şirkətində çalışıb.
“Hewlett-Packard” şirkətinin Direktorlar Şurasının bəzi investor və üzvləri şirkətin indiki vəziyyətindən, həmçinin cənab Apoteker tərəfindən irəli sürülən kompleks yenidən strukturlaşdırma proqramından narazıdırlar.
Məlumat üçün qeyd edək ki, avqust ayında “HP” şirkəti aşağı tələbata görə “TouchPad” planşetlərinin və “webOS” mobil əməliyyat sistemi ilə işləyən smartfonların satışlarını tamamilə dayandırmaq niyyətini elan edib. Bundan başqa, fərdi kompyuterlərlə məşğul olan “Personal Systems Group” (PSG) bölməsini əsaslı şəkildə yenidən təşkil etmək planlaşdırılır.
“HP” şirkətinin İdarə Heyəti yaxın vaxtlarda Leo Apotekeri istefaya göndərə və yeni icraçı direktor təyin edə bilər.
“HP” Direktorlar Şurasının tərkibinə bir az əvvəl daxil olmuş Meq Uitmen bu vəzifəyə ən ehtimal edilən namizəddir. Xanım Uitmen uzun müddət “eBay” internet-hərracına rəhbərlik edib.
22/09/11 Çap et