Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən nazik günəş paneli yaradılıb


Cənubi koreyalı alimlər dünyada ən nazik fotoelement yaratmağa müvəffəq olublar. Alimlər yeni həllin ictimai nümayişi zamanı günəş panelini asanlıqla karandaşın ətrafında büküblər. Belə elastiklik və möhkəmlik bu texnologiyadan tamamilə yeni sahələrdə istifadəyə imkan verəcək.

"Yeni fotoelementlərin qalınlığını 1 mikrometr (bu, adi günəş paneli ilə müqayisədə 100 dəfə nazikdir) təşkil edir – Cənubi Koreyanın Kvandju Elm və Texnika İnstitutunun mühəndisi Conqxo Li izah edib".

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən xəbər verir ki, belə günəş panelləri adi günəş panellərindən nə ilə fərqlənir? Yeni texnologiyanın əsas özəlliyi ondan ibarətdir ki, indi onu 2.8 mm diametrli əşyanın ətrafında bükmək olar. Həmçinin yeni fotoelementlər gələcəyin cihazlarında tətbiq ediləcək. Bununla belə, Koreya alimlərinin texnologiyası kütləvi istifadəyə çıxarılmamışdan öncə hələ müxtəlif sınaqlardan keçməlidir.

Emil Hüseynov





23/06/16    Çap et