“Ağıllı” velosiped şlemi təqdim olunub
“Brooklyness” şirkəti sürmə zamanı təhlükəsizliyin artırılması və görünüşün yaxşılaşdırılması üçün nəzərdə tutulan smart velosiped kaskası təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naked Science” resursuna istinadən yazır ki, şlem işıq diodlu işıqları, müxtəlif ötürücüləri, velosipedçiləri və yol hərəkətinin digər iştirakçılarını potensial təhlükə barədə məlumatlandırmağa kömək edən intellektual funksiyaları özündə birləşdirir. Kaskanın batareyasının iş müddəti 2,5 saat təşkil edir və mobil qurğularla “Bluetooth” və ya "Wi-Fi” şəbəkəsindən istifadə etməklə adi “bulud” servisi ilə məlumat mübadiləsi edə bilir.
Bildirilir ki, şlemdə quraşdırılan işıq diodları velosipedçinin niyyətini digər hərəkət iştirakçılarına göstərmək üçün yanıb-sönür. Quraşdırılmış akselerometr velosiped əyləcə basan zaman dayanma siqnallarını avtomatik yandırır. Dönmə siqnallarını əllə yandırmaq əvəzinə “Classon” velosipedçinin bədəninin hərəkətinin məlumatlarına əsaslanaraq hər şeyi özü edir.
Bundan başqa, “ağıllı” şlemdə ətraf mühiti skan edərək velosipedçini yaxınlaşan təhlükə barədə məlumatlandıran kameralar dəsti quraşdırılıb. Xüsusi alqoritm ətrafı təhlil edərək potensial təhlükəli obyektləri müəyyənləşdirir. Həmçinin sistem arxadan yaxınlaşan nəqliyyat vasitələri barədə informasiya verir.
Kameralar şlemin daxili yaddaşına 6 saatadək video yaza bilir. Bundan əlavə, smartfon üçün əlavə kameralardakı videolara real vaxt rejimində baxmağa imkan verir. Bu funksiya şirkətin sürmə statistikası, GPS naviqasiyası və digər yeniləmələrindən istifadəni təmin edən xüsusi abunəsinə yazıldıqdan sonra işə düşür.
Şlemin ilk tədarüklərinə 2017-ci ilin aprelində başlamaq planlaşdırılır.
Nizam Nuriyev