Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telekom” komandası serbiyalı məşqçi ilə çalışacaq


2015/2016-cı ildə Azərbaycan Çempionatında ikinci yeri tutmuş qadınlardan ibarət “Telekom” voleybol komandası 2016/2017 voleybol mövsümündə də Avrokubok yarışlarında iştirakını davam etdirəcək.
 
Belə ki, “Telekom” komandası 2017 CEV Çempionlar Liqasında yarışlara qrup mərhələsindən başlayacaq. Yeni mövsümdə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün serbiyalı baş məşqçi Zoran Gajiclə müqavilə imzalanıb.
 
Müqavilə iki mövsümlü müddət üçün bağlanıb.
 
Məlumat üçün bildirək ki, “Telekom” komandası Azərbaycanda idmanın voleybol növünə olan marağın artdığını nəzərə alaraq, habelə sağlam həyat tərzinin təbliği və idmanın daha da ictimailəşdirilməsi məqsədilə uşaq voleybol məktəbini yaratmağı da planlaşdırır.





24/06/16    Çap et