Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dropbox” xidməti smartfonu sənəd skanerinə çevirəcək
İstifadəçiləri özünə cəlb etməyə çalışan yeni “Dropbox” fayl saxlanc xidməti korporativ istifadəçilər üçün əlçatan olan funksiyaların sayını artırıb. Ən maraqlı yenilik biznes hesab sahiblərinə sənədləri skan edərək onları birbaşa “bulud” xidmətinə yükləməyə imkan verən alətdir.
"Biz əvvəlki kimi printerdə çap edilmiş kağız və ağ lövhədə yazmağı sevirik – “Dropbox”un məhsul üzrə direktoru Todd Cekson deyib. Biz istifadəçilərə analoq informasiyasını “Dropbox” xidmətində yerləşdirməyə kömək etmək və onları axtarış üçün daha əlçatan etmək istəyirik".
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən xəbər verir ki, yeni funksiyanın işində çap mətninin optik tanınması texnologiyasından istifadə olunur. “Dropbox” xidməti "gördüyü" mətni skan edir və istifadəçilər birbaşa xidmət daxilində sənədin tərkibi üzrə axtarış edə bilərlər.
Sözügedən funksiya ilk öncə “Dropbox” xidmətinin “iOS” versiyasında əlçatan olacaq. Şirkət rəsmiləri “Android” üçün sözügedən funksiyanın çıxarılması ilə bağlı məlumat verməyiblər.
Emil Hüseynov
24/06/16 Çap et