“Android” üçün zərərli proqram təminatı “Viber” əlavəsindən fotoşəkilləri oğurlayır
"Symantec" şirkətinin tədqiqatçıları "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün "Google Play Store" vasitəsilə yayılan və "Viber" mobil əlavəsi ilə ötürülən şəkil və videoların oğurlanması üçün nəzərdə tutulan zərərli proqram təminatının yaranması barədə xəbərdarlıq ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "
SecurityLab" resursuna istinadən yazır ki, "Beaver Gang Counter" adlanan proqram antivirus həlləri ilə "Android.Vibleaker" kimi aşkar edilir. Cinayətkarlar onu populyar kart oyununda qazanılan xalların saxlanılması üçün proqram kimi qələmə verirlər. Bununla belə, qurğuya quraşdırılan "Beaver Gang Counter" burada "Viber" ilə əlaqədar saxlanılan faylları axtararaq sonradan onları uzaq məsafədə yerləşən serverə göndərir.
Zərərli proqramın fərqləndirici cəhəti "Google Play Store"da quraşdırılan avtomatik "Google Bouncer" antivirus sistemindən yan keçməsidir. Əlavə zərərli fəaliyyətini dərhal büruzə vermir. Proqramın əvvəlcə "C&C" serverdən mediafaylların toplanmasını soruşmasına görə "Google" təhlükəsizlik funksiyası işə düşmür. Bu o deməkdir ki, cinayətkarlar istəklərinə uyğun olaraq əlavənin zərərli funksiyalarını yandırıb-söndürə və ona bütün təhlükəsizlik mexanizmlərindən yan keçməyə imkan verə bilərlər.
Nizam Nuriyev