Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kopenhagendə pasportun dəyişdirilməsi üzrə dünyada ilk aparat qurulub


Köhnə pasportunu dəyişmək istəyən Kopenhagen sakinləri indi  şəhər kitabxanalarından birində qurulmuş xüsusi aparatın köməyi ilə bunu sərbəst şəkildə edə bilərlər. Bu haqda “The Copenhagen Post” nəşri yazıb.

Sözügedən qurğu konsulluğa müraciət etmədən pasportun dəyişdirilməsi ilə bağlı bütün prosedurdan keçməyə imkan verir. Belə ki, aparat şəkil çəkməyə, hətta barmaq izini götürməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən xəbər verir ki, xidmət yalnız Kopenhagen sakinləri üçün deyil, həm də bütün danimarkalılar üçün əlçatandır. Əcnəbilər əvvəlki kimi səfirlik və ya konsulluğa müraciət etməlidirlər.

Xidmətdən yararlanmaq üçün ilkin qeydiyyat lazımdır. Bunun üçün şəhərin rəsmi saytına daxil olmaq, aparatın yerləşdiyi vətəndaş mərkəzi ünvanını,  həmçinin arzu olunan tarix və vaxtı seçmək lazımdır.
Aparatdan, həmçinin sürücülük vəsiqəsi və bəzi başqa sənədləri almaq olar.

Emil Hüseynov





01/07/16    Çap et