Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avtomobildə “5G” şəbəkəsində məlumatların ötürülməsi üzrə yeni rekorda imza atılıb
"Ericsson" şirkəti hərəkət edən avtomobildə "5G" şəbəkəsində məlumatların ötürülməsi sürətini sınaqdan keçirib.
"ICTnews" Elektron Xəbər Xidməti "ilenta.com" saytına istinadən xəbər verir ki, sınaqlar zamanı "5G" şəbəkədə məlumatların ötürülməsi üzrə rekord sürət (7.5 Qbit/s) əldə edilib. Sınaqda "Ericsson 5G Radio Prototype" adlı xüsusi avadanlıqdan istifadə edilib.
Sınaq Stokholmun küçələrində keçirilib. İndi "Ericsson 5G Radio Prototype" avadanlığı artıq bir neçə ölkədə sınaqdan keçirilir.
"Ericsson" telekommunikasiya şirkəti böyük buraxılış qabiliyyətinə, minimal gecikmələrə nail olmağa müvəffəq olub.