Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir kredit təşkilatı "Elektron hökumət" portalı vasitəsiylə vətəndaşlardan elektron arayışların qəbuluna başladı


Daha bir kredit təşkilatına "Elektron hökumət" portalı üzərindən arayışların əldə olunması imkanı yaradılıb.
 
Belə ki, “Merkuri” bank olmayan kredit təşkilatı portal üzərindən iş yerinə, yaşayış yerinə və digər tələblər üzrə elektron arayışların qəbuluna başlayıb.
 
Bildiyiniz kimi, müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışlar bir sıra dövlət və özəl qurumların göstərdikləri xidmətlərin tərkib hissəsidir. Buna görə də, vətəndaş bəzən bir işin icrası üçün bir neçə quruma müraciət etməli olur.
 
“Elektron hökumət” portalı vasitəsi ilə yaradılan infrastruktur isə istifadəçilərə lazımi məlumatları bir mərkəzdən əldə etmə imkanı yaradır.
 
Qeyd edək ki, hazırda "Elektron hökumət" portalı üzərindən “Fərdi məlumatlar haqqında” Qanuna və istifadə tələblərinə uyğun olaraq 12 adda elektron arayış təqdim olunur.





05/07/16    Çap et