Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype” messencerində ötürülən faylların tutumu artırılıb
"Microsoft" şirkəti "Skype" internet telefoniya xidmətində faylların ötürülmə mexanizmində dəyişiklik edib. İndi faylı ötürən və qəbul edən istifadəçilərin faylların ötürülmə prosesinin sonunadək internetdə olmasına ehtiyac yoxdur. Bundan başqa, ötürülən faylların tutumu artırılıb.
"ICTnews" Elektron Xəbər Xidməti "mail.ru" saytına istinadən xəbər verir ki, "Skype" messencerinin son versiyası 300 MB tutumunda fayl ötürməyə imkan verir. Proqramçıların sözlərinə görə, bu limit sınaqların nəticəsinə görə təyin edilib: bir tərəfdən, messencer istifadəçilər üçün daha əlverişli olub, digər tərəfdən server həddən artıq yüklənmir.
"Skype" messencerində ötürülən faylın tutumu 100-dən 300 MB-dək artıb.
İndi cari anda internetdə olmayan istifadəçilərə də fayl göndərmək mümkündür. Sənədlər, foto və başqa bərkitmələr 30 gün ərzində "Microsoft"un serverlərində saxlanılır. Bu müddət ərzində adresat istənilən an çata daxil olaraq faylı yükləyə bilər.
Emil Hüseynov
08/07/16 Çap et