Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AZ EVROTEL” MMC tərəfindən internet xidmətinin tariflərinə yenidən baxılır


Baki şəhərində vətəndaşlara yüksək keyfiyyətli telefon və multimedia xidmətləri təqdim edən ”AZEVROTEL”MMC internet şəbəkəsinə 1 mbq/san sürətə kimi qoşulan abunəçilərin internet kanalının sürətini iki dəfə artırıb.

Hazırda “AZ EVROTEL” MMC tərəfindən internet xidmətinin tariflərinə yenidən baxılır ki, bu da yaxın zamanlarda mövcud abunəçilərin eyni qiymətlə daha sürətli internet kanallarından istifadə etmələrinə imkan verəcək.

Qeyd edək ki, MMC Bakı sakinlərinə 492/497/437 indeksli elektron ATS-lərlə telefon və bütün multimedia xidmətləri təqdim edir.




22/09/11    Çap et