Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elastik displeylərin populyarlığı artacaq


"IHS" analitik şirkəti yaxın illərdə daşınan qurğuların populyarlığının sürətlə artması sayəsində elastik displeylərə tələbatın çoxalacağını proqnozlaşdırır. Belə ki, 2016-cı ildə elastik ekran istehsalçıları ilkin məlumatlara görə, 3,5 milyard dollara yaxın qazanc əldə edəcəklər. Beş il sonra mədaxilin 300 faiz yüksələcəyi gözlənilir.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, üç il əvvəl "Samsung" və "LG" şirkətləri ilk dəfə müxtəlif tərəflərə əyilə bilən "AMOLED" ekranlı displeylər nümayiş etdirib. Hazırda şirkətlər bu növ ekranların fitnes-treker və smart saatlarda tətbiqini aktiv inkişaf etdirirlər. Bu texnologiya yarışmasına yaxın gələcəkdə öz smartfonunun səkkizinci versiyasını buraxmağa hazırlaşan "Apple" şirkətinin də qoşulmaq niyyətində olması məlumdur.  

"IHS" şirkətinin displeylərin tədqiqi sahəsində baş analitiki bildirib ki, bu gün panellərin yalnız əyilən, bükülən və qatlanan variantları mövcuddur. Lakin tam bükülən ekranların növbəti 2-3 ildə istehsal ediləcəyini gözləmək olar.

Hazırda mütəmadi "AMOLED" displeylər tədarükçüsü qismində "Samsung", "E-ink", "LG", "Futaba" şirkətləri çıxış edir.

Nizam Nuriyev





11/07/16    Çap et