Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron imza"ya tələbat artmaqda davam edir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən "Elektron imza" sertifikatlarından istifadə edənlərin sayı artıb.

Cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 61022, fiziki şəxslər üzrə 16190, hüquqi şəxslər üzrə isə 15790 "Elektron imza" sertifikatı istifadəyə verilib. Ümumilikdə isə, iyul ayına qədər Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi "e-imza" sertifikatlarının sayı 93002-ə çatıb.

2016-cı ilin iyun ayı ərzində isə dövlət qurumları tərəfindən 1830, fiziki şəxslər tərəfindən 70, hüquqi şəxslər tərəfindən isə 428 olmaqla toplam 2328 "Elektron imza" sertifikatı əldə olunub.

Məlumat üçün bildirək ki, 2016-cı ilin ikinci rübü ərzində istifadəyə verilən "Elektron imza" sertifikatının ümumi sayı 7892 təşkil edib. Onlardan dövlət qurumlarının payına 6484, fiziki şəxslərin payına 218, hüquqi şəxslərin payına isə 1190 "e-imza" sertifikatı düşüb.





12/07/16    Çap et