Ekspertlər: “Antiviruslar kompüteri qorumur”
Kibertəhlükəsizlk sahəsi üzrə mütəxəssislər hazırkı antivirus proqramlarının məlumatların saxlanılması və fərdi kompüterin qorunması üçün zəmanət verməməsinə əmindirlər. Bundan başqa, belə proqramların bir neçə növü hətta virusun fərdi kompüterə düşməsinə yardımçı olur.
“ICTnews” Elektron Xəbər Xidməti "
DNI24” resursuna istinadən yazır ki, məsələn, bu yaxınlarda "Symantec” şirkətinin çoxlu əhəmiyyətli boşluğa görə ciddi tənqid edilən proqram təminatı sınaqdan keçirilib. Belə ki, antivirusun tam versiyasının alınmasına sistemin tam skan edilməsinə, bütün modulların aktivləşdirilməsinə və proqram statistikasının tam mühafizəni göstərməsinə baxmayaraq sistemin yoluxma ehtimalı böyük olaraq qalır.
Tədqiqatdan, həmçinin məlum olub ki, əksər proqramlar özlərini antivirus kimi qələmə versələr də, ümumiyyətlə, kompüter üçün təhlükəsizlik təqdim etmir.
Nizam Nuriyev