Mobil proqram təsviri smartfon ekranından translyasiya edəcək
İnsanın smartfonda müəyyən problemlə rastlaşdığı və ya sadəcə, hər hansı funksiyanı necə yerinə yetirməli olduğunu bilmədiyi hallar olur. İstifadəçi tez-tez kömək üçün problem barədə daha yaxşı məlumatlı olan tanış və qohumlarına müraciət edir. Lakin bəzən sözdə nəyi etməyin lazım olduğunu izah etmək asan olmur.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, “Android” mobil əməliyyat sistemi üçün yeni “Inkwire” əlavəsi məhz bu problemi həll etmək məqsədi daşıyır. Belə ki, mobil proqram təsviri qurğudan digər istifadəçinin smartfon və ya planşetinə translyasiya etməyə imkan verir. “Inkwire” əlavəsinin hazırlanması ilə “Vysor”, “AllCast” və “ClockworkMod” kimi populyar mobil proqramın tərtibatçısı məşğuldur.
Bildirilir ki, “Vysor”dan fərqli olaraq yeni əlavə "ADB” proqramı və ya kompüter tələb etmir. Bu, təsvirin “Android” sistemli qurğunun ekranından kabelsiz digər "Android” qurğuya ötürülməsidir. Qurğuya məsafədən idarə etməyə imkan verən “ADB”-dən fərqli olaraq "Inkwire” buna şərait yaratmır.
Əlavədə ekranda hara basmağın lazım olduğunu bildirən işarələr çəkmək mümkün olacaq. Bundan başqa, “Inkwire”ə istifadəçiyə real vaxt rejimində nəyi etməyin lazım olduğunu deməyə imkan verən səsli funksiya əlavə olunacaq.
Yaxın vaxtlarda istifadəçilər "Google+” servisində hazırlanma mərhələsində olan proqramın beta versiyasından yararlana biləcəklər.
Nizam Nuriyev