Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti yaddaş istehsalı üzrə dünyada ən böyük müəssisə açır
“Samsung” şirkəti “DDR3 DRAM” və “NAND Flash” yaddaş mikroçiplərinin istehsalı üçün nəzərdə tutulmuş “Line-16” müəssisəsinin işə salınması haqqında məlumat verib.
12 mərtəbəli zavodun tikintisi 2010-cu ilin mayında başlanıb , avadanlığın quraşdırılması isə 2011-ci ilin may ayında başa çatıb.
Layihəyə qoyulan investisiyalar təxminən 10 milyard dollar təşkil edib. “Samsung” şirkəti qeyd edib ki, “Line-16” ən böyük müəssisəsidir.
Zavodda artıq 20 nanometr texnologiya ilə hazırlanan 2 Qbit tutumlu “DDR3 DRAM” mikroçiplərinin kütləvi istehsalı həyata keçirilib. İstehsalçı iddia edir ki, bu məmulatlar 30 nanometr texnologiya ilə hazırlananlar ilə müqayisədə 40% daha aşağı enerji istehlakı ilə səciyyələnirlər.
Bundan başqa, daha incə texnoloji prosesin tətbiqi məhsuldarlığı 50% yüksəltməyə imkan verib.
İlin sonuna kimi 20 nanometr texnologiya ilə hazırlanan 4 Qbit tutumlu “DDR3 DRAM” mikroçiplərinin istehsalı öyrəniləcək. Belə məmulatlar 4, 8, 16 və 32 QB tutumlu yaddaş modullarında tətbiq olunacaq.
23/09/11 Çap et