Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fırıldaqçılıq proqram təminatı ilə mübarizə üçün layihə istifadəyə verilib


“Kasperski laboratoriyası” və “Intel Security” şirkətləri, Avropa İttifaqının Avropol Polis Xidməti və Niderland polisi fırıldaqçılıq proqramları ilə mübarizəyə yönələn birgə "No More Ransom” layihəsini təşkil edərək müxtəlif şifrləyici proqramlar haqqında məlumatın, eləcə də şifrlənmiş məlumatların bərpası üçün pulsuz alətlərin olduğu “www.nomoreransom.org” saytını istifadəyə veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Securitylab” resursuna istinadən yazır ki, fırıldaqçılıq proqram təminatının və onun qurbanlarının sayı durmadan artır. Məsələn, son iki ildə belə zərərli proqramlardan ziyan çəkənlərin sayı 5,5 dəfə çoxalıb. Bundan başqa, “No More Ransom” təşəbbüsünün vəzifələrindən biri istifadəçilərin kompüterlərin şifrləyici proqramlarla yoluxdurulmasının qarşısının alınması ilə bağlı məsələlər barədə maarifləndirilməsinin artırılmasıdır.

Hazırda saytda bir neçə geniş yayılmış zərərli proqram, o cümlədən "Shade” ailəsi üçün uyğunluq təşkil edən dörd məlumat bərpası alətindən istifadə mümkündür.

Məlumata görə, sistem fırıldaqçılıq proqram təminatı ilə yoluxdurulduqda ekspertlər cinayətkarlara şifrlənmiş fayllardan istifadənin bərpası üçün pul ödənilməsini qəti tövsiyə etmirlər. İstifadəçilər pul ödəməklə yalnız kibercinayətkarlıq biznesini stimullaşdıra bilərlər. Həmçinin tələb edilən məbləğin ödənilməsi heç də həmişə informasiyanın qaytarılacağına zəmanət vermir.

Nizam Nuriyev 





26/07/16    Çap et