Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” şirkəti Tayvanın ən bahalı brendi adlandırılıb
Smartfon istehsalçısı olan “HTC” şirkəti 2011-ci ildə Tayvanın ən bahalı brendi olub.
Tayvan (Taiwan External Trade Development Council, TAİTRA) Xarici ticarət inkişafı şurasının ekspertlərinin fikrincə, “HTC” brendinin dəyəri 3,6 milyard Amerika dolları təşkil edir.
Tayvanda yerləşən beynəlxalq brendlərin hər il qiymətləndirilməsi TAİTRA şurası tərəfindən Britaniyanın konsaltinq firması olan İnterbrand və Tayvanın “Business Next” nəşrinin dəstəyi ilə keçirilir.
2009-cu ildə şirkət reytinqdə dördüncü yeri tutub və onun brendi 1,2 milyard ABŞ dollarında qiymətləndirilib. 2010-cu ildə “HTC” brendini artıq 1,37 milyard Amerika dollarında qiymətləndiriblər, bu isə onun reytinqdə ikinci yeri tutmağına imkan verib. Nəhayət, cari ildə, şirkət “Acer”i üstələməyi bacarıb və Tayvanın ən bahalı brendi adlandırılıb.
23/09/11 Çap et