Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Üçölçülü çap ucuz biznes təyyarəsi yaratmağa kömək edəcək


ABŞ-ın “Texron Aviation” şirkəti Viskonsində keçirilən sərgidə tutumuna görə özəl aviasiyanın analoji hava gəmilərindən xeyli ucuz olan yeni “Cessna Denali” biznes təyyarə modelini nümayiş etdirib. Təyyarənin istehsalının ucuz olması üçölçülü texnologiya çapı (3D) ilə düzəldilən detallardan geniş istifadə ilə əlaqədardır.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, yeni təyyarə “GE Aviation” şirkətinin detalların əksər hissəsinin titan və polad ərintilərin tozundan çap edilən porşenli mühərriki ilə təchiz ediləcək. Bunun sayəsində mühərrik gücünə görə analoji adi porşen güc qurğularından 20 faiz az yanacaq sərf edəcək. Bundan başqa, yeni mühərrik analoji mexanizmlərdən 10 faiz güclü olacaq.
Yeni biznes təyyarəsi üçün porşenli mühərrik “LEAP” ailəsinin bir neçə turboventilyator mühərrik texnologiyası ilə təchiz ediləcək. Məsələn, güc qurğusunda pərləri hava soyutmasına malik turbinlər olacaq.

Mühərrik və hava vintinin işini təyyarəçinin idarəetməni bir tutacaqla edəcəyi inteqrasiya olunmuş sistem həyata keçirəcək.

İlk uçuşu 2018-ci ildə gözlənilən “Cessna Denali”nin sərnişin tutumu səkkiz nəfər təşkil edəcək. Seriyalı istehsala başladıqdan sonra təyyarənin qiymətinin 4,8 milyon dollara bərabər olacağı nəzərdə tutulur.   

Nizam Nuriyev 





26/07/16    Çap et